Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Dəyişən situasiya: dialoq arxa planda

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq daha açıq və kəskin şəkildə həmin regiona təsir etməyə başlaması ilə əlaqəlidir. Burada ilk olaraq ABŞ-İran qarşıdurmasını vurğulamaq doğru olardı. Digər gərginlik xəttini ABŞ-Türkiyə münasibətləri təşkil edir. Bunların fövqündə isə ABŞ-Rusiya və ABŞ-Çin rəqabəti dayanır.

Bu qarşıdurmaların hər birinin öz məzmunu vardır. Onlar haradasa kəsişir, digər yerlərdə isə kəskin fərqlənirlər. Lakin yekun olaraq Yaxın Şərqin geosiyasi mənzərəsinə mənfi təsir edirlər. Vəziyyəti daha mürəkkəb edən əsas səbəb də bununla bağlıdır. Vurğulanan gərginlik qaynaqlarının hər biri üzərində ayrıca dayanaq.

Donald Tramp İrana qarşı yeni addımlar atmaqla bütövlükdə təhlükəli meyilləri xeyli gücləndirmişdi. Buna qarşılıq Tehran nüvə sazişinin bir sıra əsas bəndlərindən imtina edə biləcəyini bəyan etməklə gərginliyi daha da alovlandırdı. Dərhal dünyanın üç böyük geosiyasi gücü – Rusiya, Çin və Avropa bu gedişata reaksiya verdilər. Rusiya İranı dəstəklədi, İngiltərə, Almaniya və Fransa isə Tehrana xəbərdarlıq etdilər. Bununla da Yaxın Şərq məsələsinə münasibətdə qlobal geosiyasətdə növbəti çat meydana gəldi. Hazırda tərəflər öz mövqelərində qalırlar. İran isə xəbərdarlıq müddətinin bitməsini gözləyir. Avropa ölkələrinin reaksiyasından belə duyulur ki, onlar heç bir addım atmayacaqlar, əksinə, Tehrandan daha yumşaq mövqe gözləyirlər.

Amerika isə İrana qarşı daha sərt mövqe tutmaqda davam edir. Vaşinqton regiona əlavə hərbi qüvvə göndərməklə bərabər, diplomatiya, kəşfiyyat istiqamətlərində də fəallığını artırıb. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranla bağlı xüsusi iclas keçirdiyi haqqında informasiyalar yayılıb. İran rəhbərliyi də kifayət qədər əzm nümayiş etdirir. Tehran hesab edir ki, Amerika İranla savaşa girməyəcək. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Moskvaya səfərinə bu kontekstdə dəstək axtarışı cəhdi kimi baxanlar vardır.

Bunlardan belə nəticə çıxara bilərik ki, ABŞ-la İran arasında gərginlik hələ davam edəcək. Bu baxımdan Suriyada bu iki gücün toqquşmasının daha mənfi təsir edə biləcəyi istisna deyil. Son olaraq Deyr-əz-Zorda yerli əhalinin ABŞ-ın dəstəklədiyi kürd qruplaşmalarına qarşı ayağa qalxdığı haqqında məlumatlar yayılır. Bu hərəkatı ekspertlər ABŞ və müttəfiqlərinə qarşı üsyan kimi xarakterizə edirlər. Məsələ ondan ibarətdir ki, İran məhz bu məntəqədən keçən marşrutla dənizə çıxmağa çalışır. Amerikalılar isə onu bağlayıblar. Deməli, həmin ərazidə onların qarşıdurmasının kəskinləşməsini gözləmək olar. Eyni vəziyyət İdlib istiqamətində yaranır. Orada Rusiya, İran və Bəşər Əsəd gücləri müxalif qruplara qarşı hücuma keçiblər. Hətta bir şəhərin azad edildiyindən bəhs edirlər. Bu da bölgədə Rusiya-İran-Türkiyə-Suriya bağlantısında yeni problemlərin meydana gəldiyinə dəlalət edir.

Deyilənlərin fonunda Türkiyəyə qarşı regionda ABŞ-ın rəhbərliyi ilə bir qrup dövlətin enerji şantajlarının başlaması da diqqəti çəkir. Buraya Misir, İsrail, Yunanıstan, Cənubi Kipr Respublikası və bir sıra digər dövlətlər daxildir. Hətta ABŞ regiona hərbi gəmi göndərib. Onun məqsədi Aralıq dənizinin şərq bölgəsində karbohidrogen ehtiyatlarının işlənilməsinə mane olmaqdan ibarətdir. Paralel olaraq yunan tərəfinə eyni fəaliyyət üçün əlavə şans verməyə çalışırlar. Nəticədə, kifayət qədər gərgin vəziyyət yaranıb. Türk tərəfi heç bir halda geri çəkilməyəcəyini bəyan edib.

İttihamlardan müharibəyə: məsafə qısalır

Yunanlar isə BMT-nin Baş katibinə şikayət ediblər. Cənubi Kiprin lideri Nikos Anastasiadis Baş katib Antonio Quterreşə məktub yazaraq, Türkiyənin "ikinci işğala" başladığından dəm vurub. Ankara və Şimali Kipr Respublikasının rəhbərliyi isə qarşı tərəfi yalan danışmaqda, qeyri-səmimilikdə ittiham edib. Çünki türklər bir neçə ay əvvəl ortaq çalışmalarla bağlı müraciət etmişdi. Lakin nədənsə yunanlar və arxalarında duran qüvvələr ancaq yunan tərəfin enerji mənbələrinin axtarışına ixtiyarının olduğu fikrindədirlər.

Bununla İran-ABŞ qarşıdurmasına ABŞ-Türkiyə gərginliyi də əlavə olunmaqdadır. Bu məsələnin bir ucu da Suriyanın şimalındakı vəziyyətə gedib çıxır. Çünki Türkiyə oradakı terror qruplarını zərərsizləşdirmək fikrindədir. Amerika isə açıqca terrorçuları dəstəkləyir. Deməli, Suriyada ABŞ-İran və ABŞ-Türkiyə gərginliyi haradasa birləşir.

Bu iki istiqamətin fonunda təbii ki, Amerika-Rusiya və ABŞ-Çin münasibətlərinin regiona ciddi təsirindən danışmağın əsası vardır. Vaşinqtonla Moskvanın Yaxın Şərq uğrunda gərgin mübarizə apardıqları sirr deyil. İndiki situasiyada bu, daha təhlükəli məzmun kəsb edir. Belə ki, hər iki böyük dövlət güc nümayişini artırırlar. O cümlədən Suriyada qarşıdurmalar daha kəskin xarakter alır. Məsələ İsrail-Fələstin və Amerika-Çin münasibətləri baxımından daha da ağırlaşıb. İsrailin hərbi güc tətbiq etməsi və Qolan təpələrindən sonra Qəzzanın da işğalının istisna olunmaması bunun əlamətlərindəndir.

Bu bağlılıqda D.Trampın Çin mallarına əlavə vergi qoyması növbəti gərginlik mənbəyi kimi görünür. Amerika vergini 10 faizdən 25 faizə yüksəldib. Bununla dünya maliyyə bazarında dalğalanmalar artıb. Həmin prosesin müxtəlif regionlardakı geosiyasi-iqtisadi vəziyyətə təsir edəcəyini ekspertlər inkar etmirlər. Daha riskli məqam ondan ibarətdir ki, böyük güclər bir-birinə əlavə problemlər yaratmaq üçün mövcud münaqişələri daha da alovlandıra və ya yeni münaqişə mənbələri yarada bilərlər. Burada bir qrup dövlətlərin qarşıdurması ssenarisi də istisna deyil. Enerji ilə zəngin Yaxın Şərqin həmin prosesdən kənarda qala biləcəyini təsəvvür etmək çətindir.

Beləliklə, bir neçə istiqamətdən Yaxın Şərqdə geosiyasi mənzərəyə mənfi təsir edən dalğalar yüksəlməkdədir. Region yeni risklərə doğru gedir. Bu prosesin qeyri-müəyyənliyi ümumi mənzərəni olduqca həssas edir. Yəni kiçik bir hadisə belə böyük partlayışa səbəb ola bilər. Xüsusilə İranla Amerika arasında ziddiyyətin kəskinləşməsi birbaşa silahlı toqquşmalara apara bilər. Unudulmamalıdır ki, Amerika İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah), İran isə ABŞ-ın Avropadakı qoşunlarını terror təşkilatı kimi tanıyıblar. Bu, bəri başdan hər iki tərəfin silah tətbiq etmək üçün özlərinə hüquqi baza hazırlaması əlamətidir.

Digər tərəfdən, Suriyada və başqa region dövlətlərində radikal qrupların sayı kifayət qədərdir. Onlardan yerlərdə vəziyyəti gərginləşdirməyə cəhdlər ola bilər. Əslində, Amerikanın həmin qrupların bir hissəsini silah-sursatla təmin etməsi və faktiki olaraq ordu halına gətirməsi çox təhlükəli ssenariləri gündəmə gətirir. Ekspertlər hesab edirlər ki, bu reallıq regionu daha geniş silahlı toqquşmalara sürükləyə bilər.

Vurğulanan faktlar göstərir ki, Yaxın Şərq növbəti geosiyasi gərginlik mərhələsinə keçir və bu gərginliyin qonşu regionlara təsiri istisna edilmir. O cümlədən Qafqazda terror dalğası yaratmaq planlarının istisna olmadığını demək gərəkdir. Bunun fonunda Cənubi Qafqazda erməni aqressiyasının daha da artması ehtimalı mövcuddur. Ermənistan rəhbərliyi üçün bu, növbəti fürsətdir. Çünki qarışıq vəziyyətdə ermənilər təcavüzkarlıq planlarını işə sala bilirlər.

Ən əsası isə, onlar Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və sülh yolu ilə həlli yolunda süni əngəllər yaradırlar. Bu baxımdan Yaxın Şərqdə geosiyasi vəziyyətin kəskinləşməsi və burada böyük dövlətlərin qarşıdurmasının yeni səviyyəyə yüksəlməsi bütün dünya üçün yeni təhdidlər meydana gətirir. Bütün bəşəriyyət bu təhlükəli tendensiyaya qarşı durmalıdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir