MƏDƏNİYYƏT


Yaxın Şərq regionunda təbliğat işləri davam etdirilir

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə aprelin 9-12-də Səudiyyə Ərəbistandan, aprelin 14-18-də isə Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə reallaşacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.