Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaxın Şərq: yeni geosiyasi proqnozlar işığında

Yaxın Şərq: yeni geosiyasi proqnozlar işığında

Son zamanlar Qərbin analitik və ekspertləri müsəlman ölkələri ilə bağlı tez-tez proqnostik fikirlər irəli sürürlər. Onların analizi göstərir ki, burada konkret ideyalardan çox müəyyən məqsədlər vardır. Bir sıra dairələr Yaxın Şərqdən tutmuş Çinə qədər olan məkanda yeni ixtilaflar və qarşıdurmalar yaradıb, bunun arxasında öz maraqlarını təmin etməyin həvəsinə düşüblər. O cümlədən müsəlman cəmiyyətlərində sünni-şiə münaqişəsini dərinləşdirib, İslam aləmini cəhənnəmə çevirməyə cəhdlərin göstərilməsi müşahidə edilir. Maraqlıdır ki, bu prosesdə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri arasında ziddiyyətlərin yaradılması aspekti xüsusi yer tutur. Həmin məqamlar üzərində geniş dayanmaq lazım gəlir.

Məzhəb savaşı: amerikalı ekspertin və ermənilərin ümid yeri

Qərb analitik dairələri müsəlman dövlətləri ilə bağlı mütəmadi təhlillər aparır və proqnozlar verirlər. Onlar iki aspektə maraq kəsb edir. Birincisi, Qərbdə müsəlman dövlətləri haqqında hansı mövqe mövcuddur? İkincisi, İslam ölkələrinin gələcəyini Qərbdə necə görürlər. Çünki analiz və proqnozlar adətən müəlliflərin həm də öz istəklərini ifadə edir. Bu səbəbdən ABŞ və Avropa ölkələrinin analitik-ekspert dairələrinin düşüncələri diqqəti çəkir.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Ceffri Uatt müsəlman dövlətləri arasındakı münasibətlərlə bağlı bəzi tezislər irəli sürüb. O, əsas olaraq İran-Türkiyə-Səudiyyə Ərəbistanı "üçbucağı"nda gərgin mübarizənin gedəcəyini proqnozlaşdırır. Onun fikirlərinə görə, bunun fonunda bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin dinamikası yeni məzmun çalarları kəsb edəcək. Ekspert İran faktorunun geosiyasi çəkisini məhz həmin kontekstdə müəyyənləşdirməyə çalışır.

O, ilk olaraq Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin öz geosiyasi mövqelərini itirə biləcəkləri tezisini ifadə edir. Səbəb isə neftin qiymətinin aşağı həddə qala biləcəyi proqnozları ilə bağlıdır. Çünki həmin ölkələr müasir sənaye infrastrukturu yarada bilməyiblər. Etiraf edilməlidir ki, bu arqument ciddi əhəmiyyətə malikdir. Ona görə ki, müasir tarixi mərhələdə özünün sənaye infrastrukturunu və diversifikasiya olunmuş iqtisadi sistemini yarada bilməyən dövlətin nüfuzu yüksək ola bilməz.

Hesab edirik ki, məsələnin bu tərəfində ekspert haqlıdır. Lakin hər şey sürətlə dəyişir və Səudiyyə Ərəbistanı kimi ölkə də özünün sənaye infrastrukturunu formalaşdıra bilər. Digər tərəfdən, OPEK və ona daxil olmayan enerji ehtiyatlarına malik dövlətlər qiyməti məsələsi ilə bağlı artıq razılığa gəlirlər. Bu, davamlı olsa, neftin qiymətinin aşağı ola biləcəyi ilə bağlı proqnozlara düzəliş etmək lazım gələcək. O halda İran-Səudiyyə Ərəbistanı münasibətlərinin fərqli mənzərəsi meydana gələ bilər.

Üstəlik, C.Uatt hesab edir ki, hazırda transmilli radikal təşkilatlar İranı hərbi və siyasi münaqişələr şəbəkəsinə cəlb etmək planlarını qururlar. Məqsədləri isə, sən demə, İranı zəiflətmək və onun inkişafına əngəl olmaqdan ibarətdir. Hazırda bəzi dairələr İranı Əfqanıstandakı dini təşkilatlarla toqquşdurmağa çalışırlar. Ancaq Əfqanıstan məsələsi Pakistanla sıx bağlıdır. Pakistanın isə Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri mövcuddur. Deməli, ekspert hesab edir ki, sünni-şiə qarşıdurmasının əsas gərginlik mərkəzi Pakistan-İran xəttində özünü göstərə bilər. Nəhayət, İran-Pakistan və İran-Əfqanıstan münasibətlərinin böhrana düşməsi Hindistan və Çini də proseslərə qata bilər. Bu isə, C.Uattın fikrincə, qlobal miqyasda münaqişənin yaranması deməkdir.

Əvvəlcə, onu vurğulayaq ki, biz bilərəkdən bu fikirləri erməni ekspertin təqdimatında necədirsə, o məzmunda verdik (bax: Игорь Мурадян. Американские эксперты об Иране – Джеффри Уатт / "Lragir.am", 8 dekabr 2016). Çünki həm amerikalı ekspertin müsəlman ölkələri ilə bağlı tezislərində, həm də erməni ekspertin təqdimat formasında ziddiyyət və qərəzlilik açıq-aydın hiss olunur. Hər ikisini birləşdirən məqsəd müsəlman ölkələri arasında ixtilaf yaratmaq, onu qabartmaq və bunun fonunda Amerikanın əsl niyyətlərini ört-basdır etməkdir.

Guya Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı-Türkiyə xəttindəki münasibətlərə Qərbin kənardan təsiri yoxdur, "sözdə demokratların" həmin bölgə ilə əlaqəli geosiyasi planları da mövcud deyil. Guya hər şeyi adı çəkilən ölkələrin öz aralarındakı ixtilaflar həll edəcək və Qərb də buna qarışmayacaq. Bu, sadəlövhlər üçün uydurulmuş bir nağıldır. Lakin onun təhlükəli tərəfləri də az deyildir. Bu aspektdə ən qorxulu fikir sünni-şiə bölgüsünü siyasətə daha sıx bağlamaqdan ibarətdir. Diqqət edin, amerikalı ekspert və onun erməni "sözçüsü" Yaxın Şərqdən başlayaraq Çin və Hindistana qədər geniş bir ərazidə İslamdakı dini məzhəb münasibətlərinin qlobal münaqişə yaradacağını oxuculara çatdırmaq istəyirlər.

Gizli planlar: İslam aləmini parçalamaq niyyəti

Bu, əslində, elə Qərbin gizli servislərinin planlarının fraqmentar olaraq təqdimatından başqa bir şeyə bənzəmir. Ayrı-ayrı ekspertlərin dili ilə onu təqdim edirlər. Biz bir qədər sonra başqa ABŞ eksperti – Devid Şenkerin də fikirlərini verəcəyik və mənzərə bir qədər tamamlanmış olacaq. İndi onu vurğulayaq ki, bir sıra dairələrin əsas məqsədlərindən biri İranla Türkiyəni üz-üzə gətirməkdən ibarətdir. Bu prosesdə Səudiyyə Ərəbistanına da müəyyən rol ayrılıb. Ər-Riyada yəqin ki, toxunmazlar, çünki o, anqlo-saksların planından meydana gəlmiş bir dövlətdir. Bu səbəbdən, səudilər "qızışdırıcı" rol oynaya bilərlər.

Devid Şenkerin fikirləri erməni yazarın təqdimatında bununla bağlı müəyyən təsəvvürlər formalaşdıra bilir (bax: Игорь Мурадян. Американские эксперты об Иране – Дэвид Шенкер / "Lragir.am", 10 dekabr 2016). Onun da rəyinə görə, Yaxın Şərqdə mübarizə yeni başlayır. Belə çıxır ki, Qərbin əsas işi bu prosesi yaratmaqdan ibarət olub, çünki bir neçə il əvvəl "ərəb baharı" adlandırdıqları hadisəni törətdilər və ismini regionun demokratikləşməsi qoydular. İndi necə oldu ki, "əsl mübarizə yeni başladı"? D.Şenker hesab edir ki, onun əsas əlamətlərindən biri Fars körfəzində böhranın meydana gəlməsi ola bilər. Qətər Türkiyəni İranla qarşıdurmaya çəkməyə can atır. Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin nüfuz qazanması regionun radikal İslam təşkilatlarının Fars körfəzində təsirlərinin genişlənməsinə aparıb çıxara bilər.

Doğrusu, anlamaq çətindir, hansı səbəblərə görə Türkiyənin nüfuzunun artması regionda radikal qrupların təsirinin genişlənməsi ilə nəticələnə bilər? Axı, "əl-Qaidə" və İŞİD-i Qərb, "Hizbullah"ı İran, "Həmas"ı ərəb ölkələri, Suriyada tüğyan edən müxtəlif radikal qrupları da müxtəlif ölkələr yaradıblar. Bu faktlar kənarda qala-qala, Türkiyə məsələsini ortaya atmaqda məqsəd nədir? Təbii, cavab məlumdur – bu, reallıq deyil, Qərbdəki müəyyən dairələrin və ermənilərin görmək istədikləri mənzərədir. Bu cənab da belə deyir ki, zaman-zaman sünni-şiə qarşıdurması güclənəcək və İranın regiondakı mövqeyi zəifləyəcək. Müəyyən müddətdən sonra İran Yaxın Şərqdə təcridolma yolunu tuta bilər.

Bundan sonrası da maraqlıdır. Ekspert hesab edir ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə sünni hissənin lideri ola bilər. Çünki Səudiyyə Ərəbistanı bu rolu oynamaq iqtidarında deyil. Lakin Misir Türkiyəyə rəqib ola bilər. ABŞ isə Misirə dəstək verəcək. Onun ardınca ərəb dövlətləri də Qahirəyə üstünlük verə bilərlər. Onların əvəzində radikal İslam təşkilatları Türkiyəni müdafiə edəcək. İran isə bu prosesə qarışmayaraq, sünni-şiə savaşının sonunu gözləyəcək. Bunun fonunda ABŞ-İran münasibətləri inkişaf edə bilər (bax: əvvəlki mənbəyə).

Doğrusu, bu cümlələrə "proqnoz" deməyə adamın dili gəlmir, onlar yalnız istehza yarada bilərlər. Çünki amerikalı ekspertin ifadə etdiklərinin reallıqla heç bir əlaqəsi yoxdur. O, əvvəlcədən, xüsusi məqsədlə müəyyən edilmiş hədəfləri sıra ilə aktuallaşdırmağa xidmət edir. İran sünni-şiə ixtilafından kənarda qalıb, Vaşinqtonla əməkdaşlıq edəcək? Bu absurda kim inana bilər? Regiondakı radikal qrupların Türkiyə tərəfə keçəcəyi ilə bağlı sərsəm iddia isə xüsusi məqsəd güdür – indidən Türkiyəni radikal dini qruplara dəstək verən ölkə kimi təqdim edib, sonra bəhanə ilə vurmaq! Bunun da əsas səbəbi ondan ibarətdir ki, Qərb Türkiyənin regionun ən potensiallı və sürətli inkişaf edən dövləti olduğunu çox yaxşı bilir. Yuxarıdakı fikirlərdən də açıq hiss edilir ki, onların əsas məqsədi Türkiyə-İran, Türkiyə-Misir, Türkiyə-Səudiyyə Ərəbistanı ziddiyyətlərini yaradıb, "parçala, hökm sür" siyasətini davam etdirməkdir. Təbii ki, bundan ən çox sevinənlər ermənilər ola bilər.

Ancaq bir şeyi unudurlar. Müsəlman dövlətləri, ilk növbədə isə Türkiyə, sürətlə dəyişir. İndi Yaxın Şərqdə kimin dost, kimin düşmən olduğunu yerli əhali yaxşı bilir. Bu səbəbdən bəzi üzdəniraq ekspertlərin proqnozları bir nəticə verməyəcək. Ankara, Tehran, Ər-Riyad, Qahirənin ağlı və səbri doğru olanı müəyyən etməyə çatar!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb