DÜNYA


Yaxın Şərqdə zəngin insanların sayı iyirmi faiz artacaq

Dubay, 8 mart, AZƏRTAC

Yaxın beş il ərzində Yaxın Şərq regionunda ultra zəngin insanların sayının 20 faiz artacağı proqnozlaşdırılır.

AZƏRTAC “Knight Frank” beynəlxalq konsaltinq şirkətinin tədqiqatlarının hesabatına istinadla xəbər verir ki, 2018-ci ildə 63 faiz multimilyoner öz sərvətlərini artırıb və bədbin iqtisadi proqnozlara baxmayaraq, bu tendensiya yaxın beş ildə davam edəcək.

Tədqiqatda, həmçinin lüks sinif daşınmaz əmlakın qiymətlərinin dinamikası qeyd olunur: 2018-ci ildə Dubayda daşınmaz əmlakın qiyməti 3,4 faiz aşağı düşüb. Bu gün Dubayda 1 milyon dollara 143 kvadratmetr elit yaşayış ərazisi almaq olar, Monakoda isə bu qiymətə ancaq 16 kvadratmetr əmlak almaq mümkündür.

Hesabatda vurğulanır ki, neftin qiymətinin aşağı düşməsinə, ABŞ dollarının məzənnəsindəki və ipoteka kreditləri siyasətindəki dəyişikliklərə baxmayaraq ultrazəngin insanlar Dubayın daşınmaz əmlakına sərmayə yatırmağa davam edirlər. Misal olaraq bildirilir ki, keçən il daşınmaz əmlak sahəsində 142 millətin nümayəndələri, o cümlədən Hindistan, Pakistan, Çin və Rusiya sərmayəçi qismində çıxış ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.