İQTİSADİYYAT


Yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul ediləcək

Bakı, 14 iyun, AZƏRTAC

Yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında deyib.

Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, proqramın məqsədi nağd pul dövriyyəsini şərtləndirən bütün problemlərin aradan qaldırılmasıdır. Bu proqramın qəbulu ilə qarşımızda 18 sahə üzrə prioritetlər var. Bank sektorunda, ödənişlərdə, institusional sahədə olan problemlərin aradan qaldırılması prioritetlər arasındadır.

İri nominallı pulların, o cümlədən 200 manatlıq pulların dövriyyənin asanlaşdırılmasına, dövlət xərclərinin azaldılmasına xidmət etdiyini deyən sədr bildirib ki, 200 manat həcmcə böyük olsa da 2 pul əvəzinə 1 pul işlənəndə xərclərə qənaət etmək olur. “Böyük nominallı pulların makroiqtisadi dinamika, inflyasiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Hazırda nağd pulların çəkisi çoxdur. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, nağd pulun böyük hissəsi biznes arasında hesablaşmalarda istifadə olunur. Bu da böyük nominallı pullara ehtiyac yaradır. Dövriyyənin də azaldılması üçün böyük nominallı pullar tələb olunur.

Banklar istədiyi həcmdə 200 manatlıq əsginas sifariş verə bilərlər. Bunun üçün 0,2 faiz tarif ödəyəcəklər. Daha aşağı əsginaslar üçün isə bu tarif 0,1 faiz həddindədir”, - deyə E.Rüstəmov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.