DÜNYA


Yaxın günlərdə Mərakeş Ukraynadan taxıl alacaq

Rabat, 2 avqust, AZƏRTAC

Avqustun 1-də Ukrayna taxılı yüklənmiş ilk gəmi Odessa limanını tərk edib. Bu, iyulun 22-də İstanbulda əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində baş verib. Qlobal taxıl böhranına son qoymalı olan bu beynəlxalq sazişə Ankara himayədarlıq edir.

AZƏRTAC xəbər verir ki, Razoni gəmisində 26.527 ton qarğıdalı var. Bu yük Livanın Tripoli şəhərində boşaldılacaq. Lakin razılaşmalarda nəzərdə tutulduğu kimi, əvvəlcə İstanbulda gəmiyə baxış keçiriləcək.

Ərzaq böhranından əziyyət çəkən ölkələr gəmilərin yolunun açılması prosesini diqqətlə müşahidə edir və dənli bitkilər ixracının bərpası haqqında sazişin tam həcmdə reallaşmasını gözləyirlər.

Yaxın günlərdə Mərakeş Krallığı da Ukraynadan taxıl alacaq. Şimali Afrikanın bu ölkəsində dənli bitkilər idxalında Ukraynanın payı azı 12 faizə bərabərdir. 2021-ci ildə iki ölkə arasında ticarətin həcmi 530 milyon dollara bərabər olub.

Qara dəniz limanlarının açılması barədə beynəlxalq sazişin imzalanması nəticəsində Mərakeş və Şimali Afrikanın daha beş ölkəsi Ukraynadan göndərilən taxıl yükünü qəbul edə biləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.