CƏMİYYƏT
Yaxın iki gündə hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19°, gündüz 24-28° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 27-32° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 24-29° isti, dağlarda gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 26-31° isti, dağlarda gecə 11-14°, gündüz 21-25° isti olacağı ehtimal edilir.