REGİONLAR


Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır

Tərtər, 16 oktyabr, AZƏRTAC

Tərtər rayonunun Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir.

AZƏRTAC xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

Oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini xatırladan Müstəqim Məmmədov bildirib: “Dövlətimizin başçısı səfər zamanı Talış və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır”.

Vətən müharibəsi zamanı Tərtər rayonunun Ermənistan tərəfindən atəşə tutulması nəticəsində aralarında bir uşaq və bir qadın olmaqla, 16 dinc sakin həlak olduğunu diqqətə çatdıran Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı həmin dövrdə 7050 tikiliyə, o cümlədən yaşayış evlərinə xeyli ziyan dəydiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.