CƏMİYYƏT


Yaxın qohumunu tüfənglə atəş açaraq öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi başlanıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 9-da saat 18 radələrində Musa Rüstəmovun və Bakir Hüseynovun xəsarət almaları barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd göstərib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Mehdixanov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.