CƏMİYYƏT


Yaxın üç gün ərzində hava şəraitində və temperatur rejimində ciddi dəyişiklik gözlənilmir

Bakı, 22 fevral, AZƏRTAC

Yaxın üç gün ərzində ölkə ərazisində hava şəraitində və temperatur rejimində ciddi dəyişiklik gözlənilmir. Əksər bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında axşam və gecə havanın yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyini, bəzi yerlərdə duman, çiskin olacağını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.