REGİONLAR


Yaxın vaxtlarda Ağcabədinin Boyat kəndində əhali təbii qazdan istifadə edəcək

Ağcabəi, 6 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Tezliklə Ağcabədi rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Boyat kəndi də əlavə olunacaq.

“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Ağcabədi rayonunun yaşayış məntəqəsindən 38-i təbii qazla təmin olunub. Boyat kəndinin qazlaşdırılması işləri də başa çatmaq üzrədir. Kənddə 20 min 612 paqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Hazırda sağyaclar və fərdi tənzimləyicilər quraşdırılır. Bu işlər başa çatdırıldıqdan sonra kənddəki 530 evə mavi yanacaq veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.