İQTİSADİYYAT
Yaxın vaxtlarda İKT-nin inkişafına dair yeni dövlət proqramının qəbul edilməsi gözlənilir
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan texnoloji inkişafın yeni mərhələsindədir. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət strategiyası təsdiqlənib və onun həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yeni dövlət proqramının qəbul edilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda "НР Azerbaijan" şirkətinin yeni ofisinin açılışındakı çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, yeni dövlət proqramı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya çərçivəsində” qəbul olunacaq.