İQTİSADİYYAT


Yaxın vaxtlarda Marneuli rayonunun Kirəc Muğanlı kəndi qazlaşdırılacaq

Tbilisi, 3 dekabr, AZƏRTAC 

Yaxın vaxtlarda Marneuli rayonunun Kirəc Muğanlı kəndi təbii qazla təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Gürcüstan parlamentinin Marneuli rayonundan olan azərbaycanlı deputatı Ruslan Hacıyev deyib.

O bildirib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi bu ölkədə əhalinin, xüsusən də azərbaycanlıların yığcam yaşadığı bölgələrin təbii qazla təmin olunmasını davam etdirir. Hazırda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Kirəc Muğanlı kəndinə qaz xətti çəkilir: “Gürcüstan-Azərbaycan sərhədinin yaxınlığında yerləşən Kirəc Muğanlıda təxminən 1300 nəfər yaşayır. Yaxın vaxtlarda onların təbii qaz problemi öz həllini tapacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.