ELM VƏ TƏHSİL
Yaxın zamanlarda kosmosa liftlə qalxmaq mümkün olacaq
Bakı, 16 avqust, Günel Məlikova, AZƏRTAC
Yaxın zamanlarda ultrasürətli lift vasitəsilə kosmosa qalxmaq mümkün olacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Kanadanın “Thoth Technologies” şirkəti kosmosa qalxmaq üçün lift quraşdırmaq fikrindədir.
Alimlər bu liftin necə quraşdırılacağı və işləyəcəyi haqda da məlumat veriblər. Layihəyə əsasən bunun nanobloklardan ibarət hündür bir qala olacağı bildirilir. Qalanın ən üst qatında turistlər üçün xüsusi ayrılmış meydança və kosmik gəmilərin uçuş zolağı olacaq.
Kanada mütəxəssisləri uzun zamandır bu plan üzərində çalışırlar. Onlar bu cür liftlərin qısa zamandan sonra hər kəs üçün əlçatan olacağını bildiriblər.