CƏMİYYƏT


Yay aylarında uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir

Bakı, 6 avqust, AZƏRTAC

Yay aylarında uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitə tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə Ağdam, Göygöl, Saatlı, Qəbələ Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə qazi və şəhid övladları, mərkəzlərin fəaliyyətlərindən bəhrələnən aztəminatlı ailələrdən olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli oyunlar, o cümlədən peşələrə marağın artırılmasına dair müxtəlif tədbirlər keçirilir.

Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.