ELM VƏ TƏHSİL


Yay gəlir...

İyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də

Bakı, 20 iyun, AZƏRTAC

Bu il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də gələcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 20:15-də qədəm qoyub. Həmin vaxt yaz gecə-gündüz bərabərliyi adlanır. Payız sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.