ELM VƏ TƏHSİL


Yay məktəbi: Mədəniyyətlərarası elmi-sosial transdissiplinar tədqiqatlar

Bakı, 20 iyul, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Gürcüstanın Kazbegi regionunda keçirilən beynəlxalq təlimdə iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Mədəniyyətlərarası elmi-sosial transdissiplinar tədqiqatlar” mövzusunda keçirilən təlimlər Almaniyanın Leuphana, Avstriyanın Təbii Resurslar və Həyat Elmləri (BOKU) və Gürcüstanın Tbilisi Dövlət universitetlərinin təşkilatçılığı ilə reallaşıb. Təlimlərə 17 ölkədən 35 iştirakçı qatılıb.

Təlimin ilk günlərində mühazirələr dinlənilib və mövcud problemlər araşdırılıb. Bələdiyyə sədri, otel rəhbərləri, turizm şirkətlərinin nümayəndələri ilə görüşlər zamanı yerli əhəmiyyətli informasiyalar toplanılıb.

Daha sonra iştirakçılar ayrı-ayrı qruplara ayrılıb, müxtəlif mövzular - dayanıqlı inkişaf, turizm, su idarəçiliyi, tullantıların idarəolunması, kənd təsərrüfatı üzrə transdissiplinar tədqiqatlar aparıblar. Tədqiqatların nəticələri yerli ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi toplantıda açıqlanıb, müzakirələr keçirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.