SİYASƏT


“Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar

Bakı, 17 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində iyulun 17-də gənclər Lerik rayonu ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gənclər rayonun mərkəzində Şəhidlər Kompleksini ziyarət ediblər. Məlumat verilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Lerik rayonu 140 şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər. Azərbaycanın ilk Milli qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var.

Sonra ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edən gənclər Ulu Öndərin əziz xatirəsini ehtiramla anıb, abidəsi önünə gül düzüblər.

Daha sonra gənclər Uzunömürlülər, Bayraq və Tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Gənclər günün ikinci yarısında “Yaradıcı gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda təlimdə iştirak ediblər.

YAP Gənclər Birliyi ofisinin əlaqələndiricisi Elmar Məmmədov təlimin mövzusu və faydaları barədə məlumat verib.

Sonra təlimin moderatoru, YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kübra Əliyarlı yaradıcı gənclərə göstərilən dövlət qayğısından bəhs edib.

Sonda gənclərin sualları cavablandırılıb.

Tanışlıq və təlimlərdən sonra gənclər arasında müxtəlif idman yarışları, yaradıcı müsabiqələr keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.