REGİONLAR


Yay məktəbinin iştirakçıları Qəbələ rayonunun aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olublar

Gəncə, 26 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Qəbələ rayonuna səfərin ikinci günündə rayonun aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar “Gilan Holdinq”in Ətlik-Südlük Heyvandarlıq Kompleksində, Gilan Qida Şəhərciyində və Südçülük təsərrüfatında olublar. Heyvandarlıq komplekslərində yemləmə, bəslənmə, sağım prosesi, laboratoriya analizləri və digər sahələrlə tanış olan iştirakçılar bütövlükdə ölkəmizdə rəqabətədavamlı aqrar-sənaye müəssisələrinin inkişaf etdiyini qeyd ediblər.

Sonra Qəbələ rayonunun Şəhidlər xiyabanı ziyarət olunub. Şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.