REGİONLAR


Yay məktəbinin iştirakçılarına Nizami Gəncəvi yaradıcılığı barədə məlumat verilib

Gəncə, 24 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin ikinci günündə Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burda onlara Nizami Gəncəvi yaradıcılığı, şairin dünyaca məşhur "Xəmsə"si haqqında ətraflı məlumat verilib.

Həmçinin, yay məktəbi iştirakçılarına gənc alim Elnur Həsən tərəfindən ADAU-nun 2 sayılı Tələbə evinin akt zalında "Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlər" mövzusunda mühazirə söylənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.