Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yay mövsümündə Astaraya 6 mindən çox turist gəlib

Astara, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bu ilin doqquz ayında Astara rayonunda mehmanxana və otellərdə qeydiyyata alınan 2221 nəfər turistdən 1271-i yerli, 950-si isə xarici vətəndaş olub. Rayona gələn turistlərin əksəriyyətinin fərdi yaşayış evlərində kirayədə qalmağa üstünlük verdiyini nəzərə almaqla, yay mövsümündə Astaraya 6000 nəfərdən çox turist gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu rəqəmlər Astara Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu ilin doqquz ayının nəticələri astaralılar üçün də uğurlu olub: “Bu dövrdə ən yaddaqalan hadisə oktyabrın 15-də Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı Astarada olması və bir sıra obyektlərin açılışında iştirak etməsidir. Dövlətimizin başçısı Taxtanakəran-Toradi, Taxtanakəran-Miki, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yollarının, Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışında iştirak edib. Prezident, eyni zamanda, ərazisi genişləndirilərək 18 hektara çatdırılmış, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində olub. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident görülən işləri yüksək dəyərləndirib, tikinti-quruculuq işlərinin davamlı olması üçün tövsiyə və tapşırıqlarını verib”.

Bu səfərin nəticəsi olaraq Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisi, sel və daşqın təhlükəsi olan Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinin aparılması, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsaitin ayrılması ilə əlaqədar sərəncamların imzalanmasını dövlətimizin başçısının astaralılara yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirən Q.Ağayev, bütün bunlara görə rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, sentyabrın 18-də tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun Prezident İlham Əliyev tərəfindən açılışı olub. 15 metr eni və 4 hərəkət zolağından ibarət olan yolun uzunluğu 204 kilometrdir. Əvvəlki avtomobil yolundan 40 kilometr qısa olan yolla rahat və təhlükəsiz şəkildə iki saat yarıma Bakıya çatmaq mümkündür.

Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Qızbəs Məmmədovanın bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişafın yekunları barədə məruzəsi dinlənilib.

Qeyd olunub ki, bu dövrdə rayonda iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul buraxılışı və xidmətlərin həcmi 136 milyon təşkil edib. Bunun 7,7 faizi sənayedə, 38,7 faizi kənd təsərrüfatında, 17 faizi tikintidə, 34 faizi ticarət və xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,5 faizi informasiya və rabitədə olub. Doqquz ayda rayonda 487 yeni iş yeri açılıb. Bunun 288-i daimi iş yeridir. Astara Rayon Məşğulluq Mərkəzində 1189 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb. Mərkəzə iş üçün müraciət edənlərin 736 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 93 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilərək onların özünüməşğulluğu təmin olunub.

Bildirilib ki, hesabat dövründə Astara şəhərindəki park-bulvarın ərazisində “AAAF Park Astara” layihəsi çərçivəsində atçılıq və maşın yarış meydançasının (kartinq), həmçinin Səncərədi kənd uşaq bağçasının, şəhərin içməli su şəbəkəsinin inşası başa çatıb, “Tuado” otelinin, 6 istirahət evinin, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir.

Doqquz ayda rayonda 262 evin qazlaşdırılması həyata keçirilib, 10400 paqonmetr müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 3140 paqonmetr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilib, 262 ədəd fərdi qaz tənzimləyici quraşdırılaraq istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, bu dövrdə rayonda aqrar sahənin inkişafına diqqət artırılıb. Rayon üzrə 252 hektarda taxıl, 450 hektarda çəltik əkilib. Çəltik sahələrindən 16560 ton məhsul yığılıb və orta məhsuldarlıq 36,87 sentner təşkil edib. Sitrus meyvə bağlarının ümumi sahəsi 3642 hektara çatdırılıb, 197 hektar məhsuldar çay sahəsindən 483,5 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilib. Bu il ilk dəfə olaraq Astarada uzun illik fasilədən sonra barama istehsalına başlanılıb. May ayında Qax rayonundan 52 qutu ipəkqurdu gətirilərək kümçülərə paylanılıb, 769 kiloqram barama tədarük olunaraq “Azərİpək” ASC-yə təhvil verilib.

Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 40370 baş iri, 22000 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı, 200 min başdan çox ev quşları, 17500 arı ailəsi var. Doqquz ayda 2900 ton diri çəkidə ət, 20 min 360 ton süd istehsal olunub.

Məruzə ətrafında müzakirələrdə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdir müavini Tağı Şirinov, rayon telekommunikasiya qovşağının rəisi Rəsul Nəsirov, təhsil şöbəsinin müdiri Rəşad Həsənov çıxış edərək, görülmüş işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev ölkəmizdə aparılan islahatlardan, tikinti-quruculuq işlərindən söz açıb, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının qəbul edəcəyini diqqətə çatdırıb.

Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir