CƏMİYYƏT


“Yay mövsümündə meşəlik ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda təlimlər davam edir

Bakı, 11 avqust, AZƏRTAC

Meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Eldar şamı Dövlət Təbiət Qoruğunda nəzəri-praktiki təlim keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə Eldar şamı Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Samux rayonunun Kəsəmən kəndinin sakinləri iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.