CƏMİYYƏT


Yay mövsümünün əsas qidaları yüngül yeməklər və karbohidratla zəngin tərəvəzlər olmalıdır

Bakı, 9 iyun, AZƏRTAC

Fəsillər dəyişdikcə qida rasionumuzdakı yeməklər də bir-birini əvəz edir. Qışda daha çox isti xəmir xörəkləri, yaz-payız aylarında zəngin vitaminli meyvələrə üstünlük verilir. Yay mövsümündə isə əsasən, meyvə-tərəvəzlər, yağsız yüngül yeməklər rahatlıq üçün ən çox üz tutulan qidalardır.

İsti havalarda sağlamlıq üçün qəbul edilən qidalara xüsusilə diqqət yetirmək lazımdır, çünki isti və nəm havanın təsiri ilə orqanizmdə maddələr mübadiləsində pozuntular ola bilər və bu, müəyyən xəstəliklərə gətirib çıxarır. Yay mövsümündə orqanizm üçün faydalı və ya zərərli hesab edilən qidalar barədə Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı AZƏRTAC-a məlumat verib: “Yay mövsümündə bəsit karbohidrat qrupu menyuda az yer almalıdır. Məsələn, kartof, şəkər, ağ undan bişirilən xəmir xörəkləri minimuma endirilməlidir. Onların yerini daha mürəkkəb karbohidratlar, yəni yaşıllığı bol olan göyərtilər, mövsümi tərəvəzlər, kələm və s. tutmalıdır”.

Maye qəbulu, xüsusilə də sərin içkilərdən isti havalarda daha çox istifadə edilir. Ancaq burada da diqqət yetirilməsi lazım olan məqamlar var. Həkim-diyetoloq deyib: “Bəzən insanlar səhv olaraq həmin mövsümdə energetik, qazlı və şəkərli içkilərə meyil edirlər. Əslində isə yayda onların qəbulu məhdudlaşdırılmalıdır. Qızmar yay günlərində istifadəsi tövsiyə olunan digər qida qrupu isə süd məhsullarıdır. Bu fəsildə qatığa üstünlük vermək, gün ərzində hətta 1 litrə qədər qəbul etmək olar. Pandemiya dövrü olduğuna görə immun sisteminə nəzarət etmək lazımdır. Bunun üçün bir sıra bitki toxumları, məsələn, kətan, qaraçörək otu, zərdəçal, sarıkök, darçın və s. toxumları qatığa qatılaraq qəbul edilməsi yüksək səmərə verir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.