MƏDƏNİYYƏT


Yay qalereyasında “Future Shorts”  qısametrajlı film festivalı başlayıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulub. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq.

“Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

Qeyd edək ki, giriş dəvətnaməylədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.