REGİONLAR


Yaylaqlarda səyyar baytarlıq xidməti davam etdirilir

Bakı, 15 iyul, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri Quba və Xızı rayonlarının yaylaqlarındakı heyvandarlıq təsərrüfatlarında olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş baytar həkimlər sürülərin sağlamlıq vəziyyəti ilə maraqlanaraq heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər.

Səyyar baxış zamanı yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib, sahibkarlar və çobanlar arasında maarifləndirmə işləri aparılıb, bukletlər təqdim olunub.

Agentliyin əməkdaşları yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar yerli baytar həkimlərə də tövsiyələr veriblər.

Növbəti səyyar baytarlıq xidmətinin Gədəbəy və Daşkəsən rayonlarının ərazisindəki yaylaqlarda aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.