CƏMİYYƏT


Yaz ağacəkmə kampaniyası çərçivəsində 863 mindən çox ting əkilib

Bakı, 30 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Bu yaz özün bir təbiət yarat” devizi altında keçirdiyi yaz ağacəkmə kampaniyası başa çatıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində ETSN-in əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə iqlimə və relyef şəraitinə uyğun 863 mindən çox müxtəlifcinsli ağac əkilib.

Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara 305 mindən çox müxtəlifcinsli ağac tingi paylanılıb. Əkilən və paylanılan ağac tingləri ETSN-in “Azəryaşlandşaft” ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik ağacəkmə kampaniyasında yaxından iştiraka və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirir.

Qeyd edək ki, yaz ağacəkmə kampaniyası başlandığı ilk gündən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.