İDMAN


“Yaz festivalı”: Şahmatçılarımız ötən turu heç-heçə ilə başa vurublar

Bakı, 15 aprel, AZƏRTAC 

Bu gün Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə “Yaz festivalı”nın yeddinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Vüqar Əsədli ukraynalı Vitali Bernadski, Nail Bəşirli israilli Ariel Erenber, Zaur Bayramov isə Hindistan təmsilçisi Racpara Ankitlə qarşılaşacaq.

Qeyd edək ki, ötən turu şahmatçılarımız heç-heçə başa vurublar. Altı turdan sonra V.Əsədlinin 4 xalı var. N.Bəşirli və Z.Bayramov hərəyə 3,5 xal toplayıblar.

Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.