REGİONLAR


Yaz mövsümündə Qəbələdə 237 hektarda yeni fındıq bağları salınıb

Qəbələ, 12 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümünün əvvəlində rayon ərazisində 237 hektarda yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son üç ildə rayonda 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Ötən il fındıq bağlarından 9 min 200 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1800 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.