ELM VƏ TƏHSİL


Yazıçı Gəncəli Sabahinin “Biblioqrafik göstərici”si çap olunub

Bakı, 1 iyul, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 23 iyun 2022-ci il tarixli qərarı ilə yazıçı, ədəbiyyatşünas və tənqidçi Gəncəli Sabahinin “Biblioqrafik göstərici”si çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, XX əsr Cənubi Azərbaycan nəsrində özünəməxsus yeri olan Gəncəli Sabahinin həyat və yaradıcılığını tam şəkildə əks etdirən və ilk dəfə nəşr olunan bu biblioqrafik göstəricidə Gəncəli Sabahinin 1951-2021-ci illərdə İran, Azərbaycan və Türkiyədə dərc olunmuş materialları haqqında məlumatlar toplanıb.

Kitabın tərtibçisi Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi Dilbər Rzayeva, elmi redaktoru Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Fikrət Süleymanoğludur. Nəşrə filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya elmləri doktoru Esmira Fuad rəy veriblər.

Biblioqrafik göstərici ədəbiyyatşünas alimlər, tədqiqatçılar, ali məktəb tələbələri, həmçinin Gəncəli Sabahinin həyat və yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.