MƏDƏNİYYƏT


Yazıçı Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Bakı, 24 mart, AZƏRTAC

Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib...” (“Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat “Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

“Müasir nəsr” nominasiyasında qalib olan yazıçı Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə “Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, yazıçı Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.