MƏDƏNİYYƏT
Yazıçı Varis Yolçuyev oxucularla görüşüb
Bakı, 23 sentyabr, AZƏRTAC
Xətai Rayon Mərkəzi Kitabxanasında yazıçı, jurnalist Varis Yolçuyevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bir könlün hazır əsərləri” mövzusunda təşkil olunan görüşdə yazıçının həyat və yaradıcılığı, beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verilib, müvafiq fotoslaydlar nümayiş etdirilib.
Görüşdə Varis Yolçuyev müasir dövrdə dünya ədəbiyyatının aparıcı tendensiyaları və müəllifi olduğu əsərlərin məqsədi barədə qonaqlara məlumat verib. Yazıçı ədəbiyyatda Qarabağ mövzusunun necə önəm daşımasına da toxunub. Varis Yolçuyev, həmçinin gələcək planlarından söz açıb, ona ünvanlanan sualları cavablandırıb, maraq doğuran mövzuları oxucularla birgə müzakirə edib. Sonra yazıçı bir sıra kitablarını Xətai Rayon Mərkəzi Kitabxanasına hədiyyə edib.
Sonda tədbir iştirakçıları “Bir könlün hazır əsərləri” mövzusunda sərgiyə baxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]