REGİONLAR


Yazıçı-dramaturq Əli Əmirli: Qələbə bizi ruhlandırır, bizə yaşamağa ümid verir

Ağdam, 5 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Biz müqəddəs bir yerdə dayanmışıq və burda təəssüratlar ancaq zəngin ola bilər. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın türbəsi var. Burada Qarabağ xanlarının əksəriyyətinin qəbirləri var. Bura bizim - hər bir ağdamlı üçün müqəddəs bir yer idi, bu gün də müqəddəs olaraq qalır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş yazıçı-dramaturq Əli Əmirli deyib. O bildirib ki, Ağdam Qarabağda iqtisadi, mədəni cəhətdən ən seçilən rayon mərkəzlərindən biri idi. "Bu gün o Ağdam yoxdur, o ancaq bizim xatirələrimizdə yaşayir. Yazılan yazılarda yaşayır. Mənim "Ağdamda nəyim qaldı" romanımda yaşayir. Bununla belə, bizim ürəyimizdə möhtəşəm qələbə sevinci var. Bu qələbə bizi ruhlandırır, bizə yaşamağa ümid verir. Biz bu kədərli mənzərələri - düşmən tərəfindən vəhşicəsinə dağıdılmış bu ərazini, şəhər qalıqlarını görəndə ürəyimizdən qara qanlar axır. Amma içimizdə ümid, inam var. Ağdam Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun göstərişi ilə sürətlə qurulur və gələcəkdə burda müasir şəhər yaradılacaqdır. Tarixdə şəhərlər əmələ gəlir, silinir, onun qalxan, enən vaxtı olur. İndiki halda mənə elə gəlir ki, Ağdamın intibah dövrü başlayır. İnanıram ki, Ağdamın gələcəyi parlaq olacaq, bütün Qarabağın, Azərbaycanın taleyi kimi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.