MƏDƏNİYYƏT


Yazıçı-publisist Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Yazıçı-publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə həsr olunmuş “Mən və eqom...” kitabı nəşr edilib.

AZƏRTAC xəbər verir ki, “Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitab yazıçının şəxsiyyət və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.

Kitaba tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda yazdıqları məqalələr daxildir və E.Hüseynbəylini tanımaq və tanıtmaq baxımından əhəmiyyətlidir, çünki çeşidli ədəbi nəsillərin fikir və düşüncələrini özündə birləşdirir.

Kitabın redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.