MƏDƏNİYYƏT


Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb

Bakı, 3 may, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir və ədibə XX əsr Azərbaycan siyasi fikrində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun adını daşıyan diplom və pul mükafatı təqdim edəcək.

Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu AZƏRTAC-a bildirib ki, mükafatçılar sırasında Söhrab Sipehrinin “Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Tomas Sternz Eliotun “Bəhrəsiz torpaq” şeirlər və araşdırmalar toplusuna görə professor Cavanşir Yusifli, “Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına və nəşrinə görə ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı da var.

Mükafatlar may ayının sonuncu həftəsi təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.