CƏMİYYƏT


Yeddi ay ərzində əlilliyi olan 374 şəxs münasib işlə təmin edilib

Bakı, 9 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin yeddi ayı ərzində 374 əlilliyi olan şəxs işlə təmin edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib.

Yanvar-iyul aylarında, həmçinin Dövlət Məşğulluq Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən, ümumilikdə, 173 fiziki məhdudiyyəti olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında sosial cəhətdən həssas digər kateqoriyalar kimi, əlillərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanların 650 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.