İQTİSADİYYAT


Yeddi ayda 329,2 kilometr yeni qaz kəməri çəkilib

Bakı, 12 avqust, AZƏRTAC

Qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.

R.Cavadovun sözlərinə görə, cari il regionlarda 44 şəhər və rayon, Bakıda 3 rayon əhatə edilməklə 116 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bunlardan Dövlət proqramına uyğun olaraq 106 kənd və massivdə işlər başlanılıb.

Respublikada mənzillər və fərdi evlərin qazlaşdırılma səviyyəsi avqustun 1-i 2022-ci il tarixinə 96,3 faizdir.

Yanvar-iyul aylarında cəmi 329,2 kilometr, Bakı və Abşeronda 37 kilometr, regionlarda 292,2 kilometr yeni qaz kəməri çəkilib.

İyulda isə cəmi 48,1 kilometr yeni qaz kəməri çəkilib, 1,2 kilometri Bakı və Abşeronun, 46,9 kilometri isə regionların payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.