İQTİSADİYYAT
Yeddi ayda 426,7 milyon manatlıq tikinti materialı istehsal edilib
Bakı, 18 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 426,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 19,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 6,5 faiz artıb, sementin istehsalı 2,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 faiz, tikinti əhənginin istehsalı 37,6 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan hazırlanan məmulatların istehsalı 38,6 faiz, asfaltın istehsalı 44,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 56,7 faiz azalıb.