İQTİSADİYYAT


Yeddi ayda 45 milyard manatadək ümumi daxili məhsul istehsal edilib

Bakı, 16 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 499,5 manata bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artıb, tikintidə isə 9,1 faiz azalıb.

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.