İQTİSADİYYAT


Yeddi ayda dəmir yolu nəqliyyatı ilə 1,7 milyard dollarlıq yük daşınıb

Bakı, 11 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 674 min 740 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 706 milyon 427 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yeddi ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 163 min 304 ton yükün dəyəri 413 milyon 848 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 511 min 435 ton, dəyəri isə 1 milyard 292 milyon 578 min dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.