İQTİSADİYYAT


Yeddi ayda dəniz nəqliyyatı ilə 531 milyon dollar dəyərində yük daşınıb

Bakı, 14 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 867 min 116 ton yük daşınıb ki, bu yüklərin dəyəri 531 milyon 155 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yeddi ayda dəniz nəqliyyatı ilə ixrac olunan 215 min 557 ton yükün dəyəri 97 milyon 556 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 651 min 558 ton, dəyəri isə 433 milyon 599 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.