İQTİSADİYYAT


Yeddi ayda əsas kapitala 7 milyard 301,7 milyon manat vəsait yönəldilib

Bakı, 12 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb. İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı və ya 70,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.