İQTİSADİYYAT


Yeddi ayda hər bir ölkə sakini 488,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Bu ilin yeddi ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,2 faiz artaraq 4 milyard 910,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 704,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizidir.

Cari ilin yanvar-iyul aylarında hər bir ölkə sakini orta hesabla 488,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 72,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.