İQTİSADİYYAT


Yeddi ayda informasiya və rabitə müəssisələri 958,2 milyon manatlıq xidmət göstərib

Bakı, 19 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən 958,2 milyon manatlıq xidmət göstərilib ki, onun da 72 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,8 faizi və ya 477,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.