İQTİSADİYYAT


Yeddi ayda ixrac edilən polipropilenin dəyəri 56,9 milyon dollardır

Yeddi ayda ixrac edilən polipropilenin dəyəri 56,9 milyon dollardır

Bakı, 19 avqust, AZƏRTAC

Yeddi ayda Azərbaycandan 37 min tondan çox polipropilen ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 56,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında 66,9 milyon dollarlıq 50,5 min ton polipropilen ixraca göndərilib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.