İQTİSADİYYAT


Yeddi ayda toxuculuq sənayesi 64,2 faiz artıb

Bakı, 18 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 197,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə toxuculuq sənayesində 64,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 54,4 faiz, geyim istehsalında isə 0,7 faiz artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.