MƏDƏNİYYƏT


“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab

Bakı, 5 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş Qara Qarayevin “Yeddi gözəl” baleti. Səhnə həyatının tarixi” adlı kitab (rus dilində) sənətsevərlərin ixtiyarına verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovanın müəllifi olduğu kitabda “Yeddi gözəl” baletinin premyeradan günümüzə qədər səhnə həyatı təsvir edilir, tanınmış balet ustaları, dirijorlar, rəssamlar haqqında məlumatlar, həmçinin səhnə əsəri ilə bağlı ötən illərdə çap olunmuş afişalar, proqramlar, tamaşalardan fotolar təqdim olunur.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.