Yeddi min iki yüz əllidən çox İİV xəstəsi antiretrovirus terapiyaya cəlb olunub
AzerTAg.az
Bakı, 19 may, Aytac Haqverdiyeva, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 2006-cı ilin noyabrından tətbiq edilən antiretrovirus terapiyaya hazırda 7 min 252 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 174 nəfərin müalicəsinə bu ilin ilk üç ayı ərzində başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov “İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, sıfır ayrı-seçkilik, stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə” tədbirində deyib.

Xəbərin mətnində orfoqrafik səhv var