DÜNYA


Yeddi ölkə istifadəçilərin “WhatsApp”dakı yazışmasına giriş üçün “Facebook”a müraciət edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Yaponiya istifadəçilərin “WhatsApp” messencerindəki yazışmasına giriş üçün “Facebook”a müraciət etməkdən ötrü “Five Eyes” kəşfiyyat xidməti ittifaqına qoşulub. Bu, guya terrorizm və uşaq alveri ilə mübarizə üçün lazımdır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, hazırda “Facebook” istifadəçi mesajlarının tərkibini şifrləyir. ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiya, həmçinin Yaponiya və Hindistanın yer aldığı “Five Eyes” ittifaqının yaydığı bəyanatda şirkətin “Messenger” və “WhatsApp”da şifrləmə metodlarını dəyişdirməli olduğu vurğulanıb.

İttifaqın bəyanatında deyilir ki, istifadəçilərin məxfiliyinin qorunmasının vacibliyini başa düşürlər, amma “Facebook” məxfilik və təhlükəsizliyin qorunması arasında balans tapmalıdır. Yeddi ölkə şirkətin fövqəladə vəziyyət vaxtı mesajların oxunmasına imkan verəcək yeni alət istifadəyə verəcəyini gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.