ELM VƏ TƏHSİL
Yeddinci siniflər üçün “Fizika” dərsliyinin elmi-metodik baxımdan müzakirəsi aparılmışdır
Bakı, 6 fevral (AZƏRTAC). “Fizika” fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda tam orta məktəblərin 7-ci sinifləri üçün istifadədə olan “Fizika” dərsliyinin elmi-metodik baxımdan müzakirəsi aparılmışdır.
Eyni zamanda, çıxış edən müəllim və mütəxəssislər gələcəkdə yazılacaq fizika dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlərini söyləmiş, təkliflər verilmişdir.
Fevralın 13-də keçiriləcək növbəti seminarda müzakirələr davam etdiriləcəkdir.