Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yeganə Axundova: Xaricdəki tamaşaçılar ifaçını səhnədən alqışlarla yola salıb sonra zalı tərk edirlər

Yeganə Axundova: Xaricdəki tamaşaçılar ifaçını səhnədən alqışlarla yola salıb sonra zalı tərk edirlər

Bakı, 3 oktyabr, Ceyhun Alışlı, Flora Şükürova, AZƏRTAC

Onun repertuarında istənilən musiqiyə qulaq asmaq dinləyiciyə zövq verir. Zərif əlləri ilə fortepianoda gəzişən Yeganə Axundovanın peşəkar musiqiçi kimi yetişməsində illərlə çəkdiyi zəhmətin rolu böyükdür. Hələ uşaqlıqdan sənətə olan vurğunluğu, gələcəkdə onu yüksək istedada malik sənətkar kimi xarakterizə edirdi. Yeganə Axundova erkən yaşlarından musiqinin bütün sirlərini mənimsəyərək peşəkarlıq yolu ilə gələn sənətkarlardandır. Bu gün ölkəmizlə yanaşı, xarici dövlətlərin ən böyük konsert salonlarında yüzlərlə konsertin müəllifi kimi tanınan Yeganə xanım bu şərəfli yolda illərdir özünü sübut etmiş professional musiqiçi-pedaqoq kimi tanınır. Xalq Artisti, professor, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova ilə həmsöhbət olmaq üçün ona doğma olan təhsil ocağına yollandıq. AZƏRTAC sənətkarla müsahibəni təqdim edir:

-Yeganə xanım necə oldu ki, saz sənətinə olan marağınız sizi professional fortepiano ifaçılığına gətirdi?

- Bizim ailədə musiqi ilə professional məşğul olan olmayıb. Lakin atam iki xalq çalğı alətində - sazda və tarda ifa edirdi. O zamanlar hər bir ailədə hansısa bir alətdə ifa etmək və hər bir evdə fortepianonun olması heç kimi təəccübləndirmirdi. Nənəm, xalalarım heç bir musiqi təhsili almadan fortepianoda çox gözəl ifa ediblər. Atamın tarda, sazda ifası, “Girdim yarın bağçasına” və “Laçın” mahnısını məharətlə oxuması mənə xalq musiqisini sevdirdi. Mehriban, xeyirxah və zərifqəlbli anam isə klassik musiqini və bəstəkar mahnılarını dinləməyə üstünlük verirdi. Ona görə onlara həsr etdiyim “Mea Memoria” kompozisiyasında atamın çox sevdiyi bayatı-şiraz muğamı ilə, anamın isə daim dinlədiyi F.Şopenin musiqisini sintez edərək bəstələdiyim musiqimdə və videoçarxda uşaqlıq illərimi təsvir etməyə çalışmışam. Ümumiyyətlə, xalq musiqisini daim eşitmək, duymaq, yaxından tanış olmaq, dərindən mənimsəmək, insanı qidalandırır, bəhrələndirir, musiqi duyumunu artırır və yaradıcılıq prosesində dəstək olur. Dünya bəstəkarlarının həyat və yaradıcılıqları ilə tanış olsanız görəcəksiniz ki, xalq musiqisini dərindən bilən, ondan məharətlə istifadə etməyi bacaran bəstəkarlar dəyərli əsərlər yaradıblar. Məşhur rus bəstəkarı Rimskiy-Korsakovun sözləri ilə desək, “Millilikdən kənar musiqi mövcud deyil, əslində qəbul olunmuş hər bir ümumbəşəri musiqi özlüyündə millidir”.

Məlumdur ki, Üzeyir bəy də xalq musiqisinin dinlənməsinə, öyrənilməsinə çox böyük önəm verib. Bunun sübutudur ki, dahi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı onun dövründən bu günə kimi xalq musiqisinin öyrənilməsi üçün misilsiz bir vəsaitdir.

Fortepiano sənətini seçməyimə gəldikdə isə, beş yaşım tamam olmamış artıq fortepianoya qarşı olan böyük sevgi və hədsiz həvəsim valideynlərim, eyni zamanda, musiqi müəllimlərimin dəstəyi ilə gələcəkdə bir pianoçu kimi yetişməyimə əminlik yaratdı.

-Dəfələrlə şahidi olmuşuq ki, konsertlərinizdə həm solo, həm də “duet şəklində” çıxışlar edirsiniz. Bunlar sahib olduğunuz xüsusi texniki priyomların, yoxsa peşəkarlığınızın nəticəsidir?

- Fortepiano dueti janrının tarixi uzun illərə dayanır. Bəstəkarlar List və Rubinşteynin vaxtından yaranmış fortepianoda dördəlli ifa üsulu getdikcə inkişaf edərək iki fortepianoda duet şəklində tətbiq olunmağa və bu yönümdə əsərlər yazılmağa başlandı. Ansambl janrı müxtəlifdir, mənim isə çox sevdiyim janr fortepiano duetidir. Ümumiyyətlə, fortepiano dueti bu musiqi alətinin səslənməsini daha da zənginləşdirir, dolğun, sanki orkestr səslənməsinə daha yaxın edir. Fikrimcə, elə bir peşəkar pianoçu yoxdur ki, bu janrı sevməsin. Əməkdar İncəsənət Xadimi, professor Ülviyyə Hacıbəyova ilə fortepiano dueti janrında geniş repertuar əldə etmişik. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda konsertlərlə çıxış etmişik. Fortepiano dueti çox da asan bir seçim deyil, bu səbəbdən duetlər bir-biri ilə uzun yol qət etmədən əməkdaşlıqları bitə bilər. Duet janrının ifasında musiqiçilərin bir-biri ilə uyumlu münasibətləri çox vacibdir. Hər şeydən əvvəl iki musiqiçi arasında texniki və səs uyğunluğundan başqa diqqət, qarşılıqlı anlaşma, musiqi duyumu, ifaçılıq imkanları, emosiya və stil barəsində cəhətləri də bir-birinə uyğun olmalıdır. Bunlar hamısı əsərin interpretasiyasının əsasının bir planda cəmləşməsini təşkil edir. Tanınmış bəstəkarlarımızdan - Azər Rzayev, Faiq Sücəddinov və digərləri, duetimiz üçün gözəl əsərlər yazıblar. Xalq Artisti, məşhur pianoçu, vokal ustası Rauf Atakişiyevin “Siz heç zaman bir-birinizdən ayrılmayın, qızlar!” tövsiyəsi yadımızdan çıxmır.

-Tələbələriniz arasında piano ifaçılığına maraq hansı səviyyədədir?

-Fortepiano sənəti əsrlər boyu ifaçılıqda ən populyar səhələrdən biridir. Qədim zamanlarda XVII əsrin ortalarında klavesin və klavikord adlı alətlər yaradılıb. Onların zamanla inkişafı indiki fortepianonun yaranmasına gətirib çıxardı. 300 il ərzində bütün dünya bəstəkarları fortepiano üçün əsərlər yaradıb. Elə bir musiqiçi yoxdur ki, istər bəstəkar, istər skripkaçı, müğənni və ya klarnet ifaçısı, evlərində fortepiano aləti olmasın. Musiqi məktəblərində ən böyük axın fortepiano sənətinədir, akademiyamızın da ən çoxsaylı tələbələrdən ibarət fakültəsi məhz fortepiano fakültəsidir. Son beş ildə BMA-nın fortepiano fakültəsinin 48 tələbəsi Avstriya, Rusiya, Bolqarıstan, Almaniya, Sloveniya, Malayziya, İtaliya, Xorvatiya, Türkiyə, Fransa, Qazaxıstan, Finlandiya, İspaniya, Estoniya, Macarıstan, Danimarka, Çexiya və digər ölkələrdə beynəlxalq müsabiqələrin laureatı adını qazanıb. Ümumiyyətlə, müsabiqə pianoçunun inkişafı üçün birinci vacib olan meyar və göstəricidir. Hər bir ifaçı üçün müsabiqə onun yaradıcılığında uğur qazanmaq üçün önəmli addımdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublikamızda reallaşan Üzeyir Hacıbəyli, Q.Qarayev, Rostropoviç adına musiqi festivalları, eyni zamanda, Qəbələ Musiqi Festivalı və digər bu qəbildən olan musiqi yarışmaları gənc musiqiçilərin inkişafı üçün çox önəmlidir. Bunlar Azərbaycan musiqi mədəniyyətinin, bəstəkarlıq, ifaçılıq məktəbinin ənənələrini qorumaq və inkişaf etdirmək üçün çox böyük dəstəkdir.

-Sizin ulu öndər Heydər Əliyevə həsr etdiyiniz “İthaf” kompozisiyanıza qulaq asdıqda burada səmimiyyət, yüksək professionallıq müşahidə edirik. Necə oldu bu əsər ərsəyə gəldi?

-Müasir və müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyev bir dövlət başçısı kimi ciddi, əzmli, zəhmli, tələbkar olması ilə yanaşı, kövrək, incəqəlbli, həssas, yüksək musiqi duyumlu, diqqətcil və qayğıkeş şəxsiyyət idi. Onun Azərbaycan musiqi mədəniyyəti haqqında olan bilikləri həmişə bizi təəccübləndirərdi. Mədəniyyətimizə qulluq edən incəsənət xadimlərinə qarşı olan hədsiz diqqəti, qayğıkeş münasibətinin nəticəsidir ki, indi Azərbaycan musiqisi və mədəniyyəti inkişaf edərək dünyada tanınır və seçilir. Bu böyük şəxsiyyətin milli musiqimizin dünyada təbliği və tanıdılması istiqamətində xidmətləri əvəzsizdir. Onun bütün bu yüksək insani keyfiyyətlərini çalışdım öz musiqimlə dinləyicilərə çatdırım. Əsərin kulminasiyasında isə onun dahiliyini, böyüklüyünü və əzmliyini musiqi ilə təsvir etmək istədim.

-Dünyanın bir çox ölkələrinin ən məşhur konsert salonlarında çıxışlarınız olub. Ən çox tamaşaçı məmnunluğunu hansı ölkələrdə hiss etmisiniz?

-Tamaşaçı, dinləyici auditoriyası çox müxtəlifdir. Səhnə həyatını yaşayan ifaçılar zalı çox həssaslıqla duyurlar. Həmişə zalın ab-havasını hiss etmişəm və çalışmışam ki, ifam zamanı dinləyicilərdə maraq yaradım, onların əhval-ruhiyyəsinə təsir etməyi bacarım, bəstəkarın duyğu və düşüncələrini tamaşaçıya olduğu kimi çatdırım. İfam zamanı hiss edirəm ki, dinləyicilər hansı dərəcədə diqqətlə mənə qulaq asır və hətta onların bu ifadan təsirlənib-təsirlənməmələrini, bəyənib-bəyənməmələrini duyuram. Təbii ki, səhnə həyatı yaşamış təcrübəli ifaçıların çoxu bunu hiss edirlər.

Ölkəmizdə keçirilən konsertlərdə tamaşaçılarımın, həmkarlarımın və müəllimlərimin diqqəti, sevgisi mənim üçün ən dəyərlidir. Lakin, fərq olaraq qeyd edə bilərəm ki, xaricdəki dinləyicilər evə tələsmir. Onlar həmişə çox böyük səbirlə ifanı sonadək dinləyirlər, ifaçını səhnədən alqışlarla yola salıb, sonra zalı tərk edirlər. Məsələn, bir neçə il öncə Budapeştdə “Duna Palota” Simfonik Orkestri ilə çıxışımdan sonra tamaşaçılar məni təkrar yeddi dəfə alqışlarla səhnəyə geri qaytarıblar. Sonda mən royalın qapağını bağlamalı və orkestrin konsertmeysterinin əlindən tutub gülümsəyərək səhnəni belə tərk etməli oldum. Bu, ifaçının ən yüksək səviyyədə qiymətləndirilməsi və ifaçı – tamaşaçı münasibətinin qısa zaman kəsiyində qarşılıqlı ünsiyyətidir. Bir qayda olaraq, qastrol səfərlərində proqramın tərtibindən asılı olmayaraq Azərbaycan bəstəkarlarının əsərlərini mütləq repertuarıma salıram. Ən böyük qürur hissini Azərbaycan musiqisinin xaricdə konsert salonlarında alqışlarla qarşılanarkən keçirdirəm. Londonda “Royal Flarmonic” orkestri ilə birlikdə Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında konsertini ifa edərkən dinləyicilərin 15 dəqiqə ayaq üstə davam edən alqışları mənim həyatımda ən yaddaqalan alqışlardan biri olub.

-Akademiyada tətbiq olunan müasir təhsil sistemindən danışaq. Gələcəkdə təhsil sisteminin daha da təkmilləşdirilməsi üçün hər hansı yeniliklər nəzərdə tutulurmu?

- 2010-cu ildən başlayaraq BMA dünyada tətbiq olunan Bolonya kredit sisteminə keçirilib. İlk gündən bakalavr magistr pillələrində 100 ballıq kredit sistemi tətbiq olunmaqdadır. Bu sistemin mexanizmi Təhsil Nazirliyinin köməyi və nəzarəti altında BMA-nın və digər təhsil ocaqlarının mütəxəssisləri ilə işlənilərək hazırlanıb. Ümumi müddəalara baxmayaraq, bu günə kimi tətbiq etdiyimiz təhsil sistemi təkminləşir və inkişaf edir. Əlbəttə ki, qloballaşan dünyada hər bir sahədə dəyişiklik, təkmilləşmə olduğu kimi, təhsil sahəsində də yeniliklərin olması labüddür. İndiki təhsil sisteminə əsasən, gənclərimizin xaricdə təhsil almaları çox asanlaşıb.

-Tələbələr arasında xarici dövlətlərin musiqi akademiyalarında təhsil almağa maraq hansı səviyyədədir. Ümumiyyətlə, xarici ölkələrdən necə, BMA-da oxumaq istəyən tələbələr müraciət edirlərmi?

-Son illər akademiyamıza xarici konservatoriyaların diqqəti artıb. Hazırda bizimlə memorandumlar, müqavilələr imzalamaq arzusunda olan müxtəlif konservatoriyalar müraciət edirlər. Bunlardan ən böyük və uzunmüddətli əlaqələr yaratdığımız, artıq səkkiz ildir davam edən layihəmiz Norveçin Bergen Universitetinin Qriq Akademiyası ilə olan sıx əməkdaşlığımızdır. Bu əməkdaşlığımız hazırda davam etməkdədir. Misal olaraq qeyd etmək istəyirəm ki, bir neçə gün sonra bizim iki - bir doktorant və bir magistr tələbəmiz yenə də Qriq Akademiyasına ixtisaslarını artırmaq məqsədilə yola düşəcəklər. Həmçinin biz ixtisasartırma kurslarına iki tələbəni BMA–ya qəbul edəcəyik. Florensiyanın Kerubini Konservatoriyası, Avstriya Mədəniyyət və Təsviri İncəsənət Universiteti, Budapeşt Konservatoriyası, Bratislava Ali Musiqi Ustalıq Məktəbi, Sankt-Peterburq Dövlət Konservatoriyası, Türkiyənin çoxsaylı konservatoriyaları və başqa ali təhsil ocaqları ilə imzaladığımız müqavilələr əsasında ikitərəfli ustad dərsləri, konsertlər həyata keçirilir. Hər il biz tanınmış musiqiçiləri BMA-ya ustad dərslərinə dəvət edirik. Onlar həm bizim ifaçılıq, bəstəkarlıq məktəbi ilə tanış olurlar, həm də öz ifaçılıq məktəbini burada nümayiş etdirərək təcrübələrini tələbələrlə bölüşürlər. Hazırda akademiyamızda Türkiyə, İran İslam Respublikası, Türkmənistan, Qazaxıstan, Rusiya və başqa ölkələrdən 30 xarici tələbə təhsil alır.

-Gələcək planlarınızdan danışaq.

- Bizim hədəfimiz əlbəttə ki, səhnə, konsert fəaliyyətidir. Lakin Bakı Musiqi Akademiyasındakı pedaqoji fəaliyyətim və daşıdığım məsuliyyətli vəzifəm çox təəssüf ki, yaradıcılığımda müəyyən qədər məhdudiyyət yaradır. Bacardığım qədər çalışıram ki, səhnə fəaliyyətindən uzaq düşməyim, mütəmadi olaraq konsertlərdə ifa edim və heç olmasa hər təhsil ilinin sonunda böyük bir solo konsertlə çıxış edim.

Ömrümün böyük hissəsi, ən gözəl illəri doğma Bakı Musiqi Akademiyasının divarları arasında keçib. Bu binada Azərbaycan bəstəkarlıq və ifaçılıq məktəbinin dahilərinin ənənələrinə sadiq qalaraq, musiqi mədəniyyətimizin əsaslarını qoruyub, inkişaf etdirib, keşiyində durmağa çalışırıq. Musiqinin insan həyatındakı gücünü vurğulayaraq fikrimi dahi L.V.Bethovenin sözləri ilə bitirmək istərdim: Musiqinin etiraf qüdrəti, fəlsəfədən və müdrik sözdən daha güclüdür.

-Maraqlı müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib